ABŞ Senatında Demokratlar Partiyasının fraksiya rəhbəri Çak Şumer aralıq seçkilərdə partiyadaşlarının qələbəsindən sonra İranla münaqişənin başa çatdırılmasına nail olacaqlarını vəd edib.
Modern.az xəbər verir ki, Şumer bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Bu müharibə başa çatmalıdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, bəzi respublikaçılar da hərbi əməliyyatların dayandırılması niyyəti ilə demokratlara qoşulurlar.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkilərdə Konqresin Nümayəndələr Palatasının 435 üzvü və Senatın 35 üzvü seçilib.
Bu seçkilər nəticəsində demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçiriblər.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb.
Münaqişədə hazırda nisbi sakitlik müşahidə olunsa da, qarşıdurma hələ də həllini tapmayıb və hərbi əməliyyatların yenidən başlaması riski qalır.




