Dünya · Yeni Sabah

30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi xəbəri üçün şəkil

29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlar, kiberhücumlar və digər hibrid əməliyyatlar həyata keçirməkdə ittiham ediblər.

"Yeni Sabah" Böyük Britaniya hökumətinə istinadən xəbər verir ki, bununla bağlı xarici işlər nazirləri birgə bəyanat yayıblar.

Bəyanatı Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ nümayəndələri imzalayıblar. Dominos pizza

Nazirlər rəsmi Londonun sentyabrın 27-də Ferford aviabazasında baş vermiş insidentdə İranın əli olduğuna dair qənaətini qəbul etdiklərini bildiriblər.

"İranın və ya hər hansı digər dövlətin maraqları naminə düşmənçilik fəaliyyəti göstərən şəxslər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaqlar. İran birliyimizə və suverenliyi qorumaq, beynəlxalq koordinasiyanı və milli dayanıqlılığı gücləndirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, günahkarları məsuliyyətə cəlb etmək əzmimizə şübhə etməməlidir", - deyə nazirlər vurğulayıblar./Oxu.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑