İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır.
Yenicag.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
“İran diplomatiya yolunu hələ də müsbət qarşılayır, lakin danışıqlarda irəli sürülən tələblər realist olmalıdır. Ölkəni müdafiə etmək və müharibəyə girmək hazırlığı danışıqlara olan hazırlıqdan az deyil”, – o bildirib.
Nazir müavinin sözlərinə görə, İranın yeddi günlük atəşkəs planı barədə ABŞ-nin mövqeyinə cavab hələ də nəzərdən keçirilir:
“Yekunlaşdırıldıqdan sonra vasitəçilər vasitəsilə qarşı tərəfə bildiriləcək”.



