Dünya · Modern.az

Türkiyədə infeksiya şəhəri cənginə aldı: 5 min nəfər yoluxub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə infeksiya şəhəri cənginə aldı: 5 min nəfər yoluxub
Türkiyədə infeksiya şəhəri cənginə aldı: 5 min nəfər yoluxub

Türkiyənin Tokat şəhərində son üç gün ərzində təxminən 5 min nəfər bağırsaq pozuntusu əlamətləri olan ürəkbulanma, qusma, qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanalara müraciət edib.

Modern.az yerli mediaya istinadla bildirir ki, xəstələrdən 70-i stasionar müalicəyə yerləşdirilib, onlardan 30-u isə müalicəsini davam etdirir.

Mütəxəssislər içməli su nümunələri götürərək araşdırma üçün Ankaraya göndəriblər. Şəhər valise Abdullah Köklü bildirib ki, narahatlığın səbəbinin məhz su olduğunu hələlik əminliklə söyləmək mümkün deyil. Yekun nəticələrin Türkiyənin Səhiyyə Nazirliyində aparılacaq təhlillərdən sonra açıqlanması gözlənilir.

Dezinfeksiya işlərinin aparılması məqsədilə yerli məktəblərdə dərslər bir gün müddətinə dayandırılıb. Region rəhbərinin sözlərinə görə, çərşənbə axşamı dərslərin bərpa edilməsi planlaşdırılır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑