Siyasət · Yeni Sabah

Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkür etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə təşəkkür etdi xəbəri üçün şəkil

Özbəkistan Türk Dövlətləri Təşkilatını (TDT) qarşılıqlı etimad və praktiki tərəfdaşlıq platforması kimi nəzərdən keçirir.

"Yeni Sabah" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının sammitində çıxışı zamanı bildirib.

O qeyd edib ki, strateji məqsədlər ətrafında daha sıx birləşmək və beynəlxalq arenada ümumi maraqları birgə təşviq etmək vacibdir. pizza hut

Özbəkistan Prezidenti vurğulayıb ki, TDT ölkələri türk həmrəyliyi naminə səylərini səfərbər etməyə hazırdırlar.

O, TDT-yə üzv dövlətlərinin xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və əməkdaşlığımızın yeni səviyyəyə qaldırılması istiqamətində təşkilata sədrliyi dövründə Azərbaycanın göstərdiyi böyük səylərə görə Prezident İlham Əliyevə səmimi təşəkkürünü bildirib.

Mirziyoyev təşkilat çərçivəsində aktual beynəlxalq və regional məsələlər üzrə müntəzəm siyasi məsləhətləşmələrin aparılmasını, yanaşmaların və səylərin əlaqələndirilməsini vacib hesab edib.

O, vətəndaşların qarşılıqlı səfərləri haqqında çoxtərəfli sazişin hazırlanmasını da təklif edib. Sazişdə şəxsiyyət vəsiqələri ilə səfər imkanlarının genişləndirilməsi, sərhədlərin keçilməsi qaydalarının sadələşdirilməsi və vətəndaşların qəbul edən ölkənin ərazisində qalması məsələlərinin əks olunması tövsiyə edilir.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑