Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının ərazi partiya təşkilatlarında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi çıxışından irəli gələn strateji vəzifələrin, nizamnamə tələblərinin və ideoloji-siyasi fəaliyyət istiqamətlərinin öyrənilməsi, eləcə də yerlərdə icrası məsələlərinə həsr olunmuş silsilə tədbirlər geniş vüsət almışdır.
Silsilə görüşlər çərçivəsində keçirilən bütün tədbirlərdə ilk öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Ərazi partiya təşkilatlarında təşkil olunan toplantılarda YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşları, ərazi təşkilatlarının sədrləri, müəssisə və idarə rəhbərləri, təhsil və mədəniyyət işçiləri, eləcə də partiya fəalları çıxış edərək dövlət başçısı cənab İlham Əliyevin VIII Qurultaydakı konseptual nitqinin mühüm əhəmiyyətindən bəhs edirlər. Natiqlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra regionda formalaşan yeni reallıqlar şəraitində partiya üzvlərinin üzərinə düşən məsuliyyətli vəzifələri xüsusi diqqətə çatdırırlar.
Çıxışlarda partiya fəalları Ulu Öndər Heydər Əliyev ideologiyasına sadiqliklərini, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında partiya təşkilatlarının rolunu vurğulayır və Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti bundan sonra da fəal şəkildə dəstəkləyəcəklərini bəyan edirlər.
Rayonun kənd, şəhər, idarə və müəssisələrində təşkil olunan bu silsilə yığıncaqlar qarşıda duran məsələlərin ətraflı qiymətləndirilməsi və fəal fikir mübadilələri ilə yekunlaşır.
YAP Sabirabad rayon təşkilatının ərazi partiya təşkilatlarında tədbirlər ardıcıl şəkildə davam etdirilir

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.




