Siyasət · Anews.az

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərdoğan Ceyhun Bayramovu qəbul edib xəbəri üçün şəkil

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin mövcud vəziyyəti müzakirə olunub, iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birliyi və həmrəyliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑