Siyasət · Teleqraf

Samir Vəliyev: Yeni qanun layihəsi maraqlar toqquşmasının qarşısını almağı hədəfləyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Samir Vəliyev: Yeni qanun layihəsi maraqlar toqquşmasının qarşısını almağı hədəfləyir xəbəri üçün şəkil

BAKI, 30 oktyabr. TELEQRAF

“Milli Məclisin komitələrində müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi vacib hüquqi sənəddir. Bu sənəd ölkəmizdə korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı hüquqi mexanizmlərin gücləndirilməsinə və ictimai mənafenin qorunmasına xidmət edir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Samir Vəliyev deyib.

Onun sözlərinə görə, qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclasında geniş müzakirə olunub. Ümumi fikir ondan ibarətdir ki, qanun layihəsinin əsas üstünlüklərindən biri maraqlar toqquşmasının doğurduğu risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması üçün hüquqi çərçivə yaratmasıdır.

Deputat bildirib ki, maraqlar toqquşmasının qarşısının alınması korrupsiyaya qarşı mübarizənin mühüm qabaqlayıcı mexanizmi olmaqla, dövlət idarəçiliyində dürüstlüyün, şəffaflığın və vəzifə məsuliyyətinin gücləndirilməsinə, ictimai mənafeyin üstün tutulmasına xidmət edir. O diqqətə çatdırıb ki, belə bir təcrübə dünya ölkələrində də mövcuddur və sənəd hazırlanarkən beynəlxalq praktikaya istinad olunub. Eyni zamanda, beynəlxalq maliyyə və iqtisadi qurumların tövsiyələri və xarici ölkələrin mütərəqqi təcrübəsi nəzərə alınıb.

“Yeni qanunun əsas fəlsəfəsi cəzalandırmaqdan daha çox, maraqlar toqquşmasının qarşısını əvvəlcədən almaq və belə halların düzgün idarə olunmasını təmin etməkdir. Sənəddə maraqlar toqquşmasının qarşısının alınması mexanizmləri, habelə vəzifəli şəxslər üçün nəzərdə tutulan məhdudiyyətlər və qadağalar ətraflı tənzimlənir. Hesab edirəm ki, qanun layihəsi parlamentin plenar iclaslarında müzakirə olunarkən millət vəkilləri bu sənədi dəstəkləyəcəklər”- deyə millət vəkili vurğulayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑