Səhiyyə · Yeni Sabah

Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır? xəbəri üçün şəkil

Məlum olduğu kimi, çuğundur şirəsi qan dövranını yaxşılaşdırmağa kömək edir. O, əzələlərə qan axınını stimullaşdırır. Buna görə də məşqdən əvvəl bu içkidən istifadə etmək fiziki performansı əhəmiyyətli dərəcədə artıra bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Health.com” yazır.

Qan dövranını yaxşılaşdırmaq üçün çuğundur şirəsindən onun konsentrasiyasından asılı olaraq 70-250 millilitr içmək tövsiyə olunur. Çuğundur şirəsini günün istənilən vaxtında qəbul etmək mümkündür, lakin onun içilməsi üçün daha əlverişli vaxtlar var: pizza

* Məşqdən iki-üç saat əvvəl. Çuğundur şirəsi qəbul edildikdən sonra qanda faydalı maddələrin səviyyəsinin maksimum həddə çatması üçün təxminən iki saat vaxt tələb olunur. Elmi araşdırmaya görə, bu maddələrin səviyyəsinin yarıya enməsi isə təxminən altı saat çəkir. Bu səbəbdən şirənin məşqdən iki-üç saat əvvəl içilməsi ən böyük effekti verə bilər.

* Məşqdən sonra. Çuğundur şirəsinin tərkibində betalain kimi antioksidant birləşmələr də var. Həkimlərin sözlərinə görə, antioksidantlarla zəngin qidalanma məşq zamanı yaranan iltihabı azaltmaqla əzələlərin bərpasına kömək edə bilər. Bəzi araşdırmalar çuğundur şirəsinin bərpa prosesinə müsbət təsir göstərə və əzələ ağrılarını azalda biləcəyini göstərir.

Bu şirənin tərkibində orta miqdarda nitratlar var. Onlar orqanizmdə azot oksidlərinə çevrilir. Bu proses qan damarlarının boşalmasına və genişlənməsinə, həmçinin qan axınının yaxşılaşmasına kömək edir. Nəticədə əzələlərin qida maddələri və oksigenlə təminatı yaxşılaşa bilər.

Azot oksidi həmçinin əzələlərin məşq zamanı oksigendən daha səmərəli istifadə etməsinə kömək edir. O, oksigenin əzələlərdə paylanmasını yaxşılaşdırır. Bu isə əzələ hüceyrələrinin daha effektiv işləməsinə, insanın daha uzun müddət aktiv qalmasına və daha çox fiziki gərginliyə tab gətirməsinə imkan verə bilər.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑