Səhiyyə · Günün Səsi

Xoruldama əməliyyatını icbari tibbi sığortaya salınacaq?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xoruldama əməliyyatını icbari tibbi sığortaya salınacaq? xəbəri üçün şəkil

Uvulopalatofaringoplastika (UPPP) əməliyyatının icbari tibbi sığorta hesabına həyata keçirilib-keçirilməyəcəyi məsələsi gündəmə gəlib.

Gununsesi.info xəbər verir ki, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin məlumatına görə, hazırda uvulopalatofaringoplastika əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanmır.

Agentlikdən qeyd olunub ki, sözügedən əməliyyatın gələcəkdə icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin siyahısına daxil edilməsi imkanına baxıla bilər.

Uvulopalatofaringoplastika əsasən yuxarı tənəffüs yollarının genişləndirilməsi, xoruldama və yuxu apnesi ilə əlaqəli problemlərin müalicəsi məqsədilə tətbiq olunan cərrahi müdaxilədir. Əməliyyatın məqsədi estetik dəyişiklik deyil, tibbi problemin aradan qaldırılmasıdır.

Uvulopalatofaringoplastika zamanı yumşaq damaq, dilçək və udlağın müəyyən toxumalarında cərrahi müdaxilə həyata keçirilərək yuxarı tənəffüs yolunun açıqlığının artırılması hədəflənir.

Qeyd edək ki, bəzi ölkələrdə UPPP tibbi göstəriş əsasında, xüsusilə obstruktiv yuxu apnesinin müalicəsi məqsədilə sığorta sistemləri tərəfindən qarşılanır. Bununla belə, əməliyyatın tibbi sığorta hesabına maliyyələşdirilməsi ölkədən ölkəyə və tibbi göstərişlərə görə fərqlənir.

 

 

Günay 

Gununsesi.info

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑