ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin başa çatdırılması və hərtərəfli sülh sazişinin əldə olunması üçün səylərini davam etdirir.
Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Qarşıda hələ görüləsi mühüm işlər qalsa da, Prezident Tramp bu müharibənin başa çatdırılmasına və gələcək nəsillər üçün təhlükəsizlik və rifahı təmin edəcək hərtərəfli, davamlı sülhün əldə olunmasına nail olmaq əzmindədir”, – deyə Uitkoff qeyd edib.


