Dünya · Globalinfo.az

Uitkof elan etdi: ABŞ, Rusiya və Ukrayna…

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uitkof elan etdi: ABŞ, Rusiya və Ukrayna… xəbəri üçün şəkil

Trampın xüsusi elçisi Stiven Uitkoff ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli danışıqların keçiriləcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Uitkoff bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında deyib.

O bildirib ki, Cared Kuşnerlə birlikdə Oslo və Sankt-Peterburqda Rusiya, Ukrayna və Avropa nümayəndələri ilə görüşlər keçiriblər. Görüşlərin məqsədi ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq təşəbbüsünü irəli aparmaq olub.

“Bu müzakirələr konstruktiv keçdi. Danışıqlar ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə üçtərəfli formatda davam etdiriləcək”, – deyə Uitkoff qeyd edib.

ABŞ Prezidentinin xüsusi elçisi vurğulayıb ki, qarşıda hələ çox iş var. Bununla belə, Donald Tramp müharibəyə son qoymaq, gələcək nəsillər üçün təhlükəsizlik və rifahı təmin edəcək hərtərəfli və davamlı sülhə nail olmaq əzmindədir.

Əliyar Xəlil

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑