Dünya · Globalinfo.az

Əraqçi xəbərdarlıq etdi: “Müharibə belə nəticələnəcək”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əraqçi xəbərdarlıq etdi: “Müharibə belə nəticələnəcək” xəbəri üçün şəkil

İran ABŞ ilə diplomatik danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib. Tehran bunun üçün Vaşinqtonun ədalətli razılaşma əldə etmək və qarşılıqlı etimadı bərpa etmək niyyətinin səmimiliyinə dair ciddi sübutlar gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Nazir qeyd edib ki, ABŞ-nin etimadın yaradılmasına və ədalətli razılaşmanın əldə olunmasına səmimi yanaşdığına əmin olacağı təqdirdə İran diplomatiyaya yenidən fürsət verməyə hazırdır.

Əraqçi Vaşinqtonu hərbi qarşıdurma yolunu seçməməyə çağırıb. Onun sözlərinə görə, ABŞ diplomatiya əvəzinə müharibəyə üstünlük verərsə, əvvəlkilərlə müqayisədə daha böyük miqyasda strateji məğlubiyyətlə üzləşə bilər.

Əliyar Xəlil,

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑