Dünya · Azxeber.com

Bu ölkədə kütləvi etirazlar başladı: Narazı əhali küçələrə axışdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu ölkədə kütləvi etirazlar başladı: Narazı əhali küçələrə axışdı xəbəri üçün şəkil
İndoneziyanın bir sıra şəhərlərində tələbələrin və ictimai fəalların iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.   Oktyabrın 20-də Cakarta, Cokyakarta, Bandunq, Makasar və digər şəhərlərdə baş tutan nümayişlər ölkə prezidenti Prabovo Subiantonun vəzifəyə başlamasının ikinci ildönümünə təsadüf edib. Etirazçıların əsas tələblərindən biri genişmiqyaslı meşə və torpaq yanğınlarının milli fəlakət kimi tanınması olub.
Aksiya iştirakçıları yanğınların səbəblərini araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə və zərərçəkmiş əraziləri bərpa etməyə çağırıblar. Bundan əlavə, tələbələr qiymət artımından, hökumətin iqtisadi siyasətindən və təhsil sisteminin mövcud vəziyyətindən narazılıqlarını ifadə ediblər.
Cakartada nümayişçilər, həmçinin korrupsiyaya qarşı mübarizəni gücləndirməyi və ifadə azadlığının təminatını tələb ediblər. Etirazlar fonunda hakimiyyət orqanları İndoneziya paytaxtında asayişi qorumaq məqsədilə 9 mindən çox polis əməkdaşını səfərbər edib.   ///oxu.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑