Dünya · Yeni Çağ

Tramp nüvə danışıqları üçün Putin və Si Cinpinlə görüşə bilər - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp nüvə danışıqları üçün Putin və Si Cinpinlə görüşə bilər - Yeni Çağ xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə nüvə tərksilahı məsələlərini müzakirə etmək üçün üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib.

Yenicag.az-ın məlumatına görə, Amerika lideri bu barədə Ağ Evin cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Belə bir görüşün keçirilməsi ehtimalı ilə bağlı suala cavab verən Tramp hələlik heç bir razılaşmanın olmadığını, lakin bu təşəbbüsü nəzərdən keçirməyə hazır olduğunu deyib.

“Xeyr, amma bunu edərdim”, – deyə ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, mümkün danışıqların əsas mövzusu nüvə silahları və nüvəsizləşdirmə məsələləri olacaq.

“Biz nüvə silahları və nüvəsizləşdirmə barədə danışmaq üçün görüş keçirərdik”, – deyə Tramp əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑