Ölkə.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Hüseyn Mohebi bildirib.
İran televiziya kanalı SNN- in verdiyi məlumata görə, Mohebi bildirib ki, İran Amerika hərbi gəmilərini və freqatlarını Hörmüz boğazından çıxmağa məcbur edib.
"Körfəz müharibəsindən əvvəl Fars körfəzində 30-40 ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi var idi, lakin indi onlar Hörmüz boğazından 700 km uzaqlaşıblar", - iranlı general qeyd edib.
Mohebi qeyd edib ki, Hörmüz boğazı 100% bağlıdır: "Əgər bir neçə kiçik gəmi naviqasiya sistemləri söndürülmüş halda boğazdan keçə bilirsə, bu, boğazın gəmiçilik üçün açıq olması demək deyil. Bu, oğurluq və qaçaqmalçılıqdır. ABŞ-nin Hörmüz boğazından qaçaqmalçılıq yolu ilə keçirdiyi neftin həcmi maksimum 1-2 milyon bareldir. Və buna böyük xərclər hesabına nail olunur". (Teleqraf)



