Dünya · Təzadlar

Tramp: İranla müharibə çox tezliklə başa çatacaq - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp: İranla müharibə çox tezliklə başa çatacaq - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin çox tezliklə başa çatacağını və neft qiymətlərinin sürətlə düşəcəyini iddia edərək, İranın “gələcəkdə nüvə silahına sahib olmayacağına” əmin olmaq istədiklərini bildirib.

Tezadlar.az xəbər verir ki, Prezident Tramp bu sözləri Oval Ofisdə keçirilən mətbuat konfransından sonra İran məsələsi ilə bağlı deyib.

3 noyabr aralıq konqres seçkiləri ərəfəsində yüksək yanacaq qiymətlərindən şikayət edən seçicilər barədə sual verən müxbirə cavab olaraq Tramp deyib: “Başqa seçimim yox idi. İranla müharibə bitən kimi, bu müharibə çox tezliklə başa çatacaq, neft qiymətləri kəskin şəkildə aşağı düşəcək”.

ABŞ Prezidenti iddia edib ki, yüksək neft qiymətləri əslində İranın nüvə silahına sahib olmamasını təmin etmək üçün “ödəniləcək kiçik bir qiymət”dir və əlavə edib ki, qiymətlər tezliklə düşəcək və hər kəs xoşbəxt olacaq.

Tramp İranın hələ də görüləsi bəzi işlərinin olduğunu və müharibənin tamamilə bitmədiyini bildirib və əlavə edib: “Biz oradan indi geri çəkilə bilərik və əla iş görərdik, amma bu, mənim üçün kifayət deyil. Bunun (nüvə silahlarının) beş, altı, on il sonra baş verməməsinə əmin olmalıyıq və olacaq”.

ELBAR

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑