ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiyaya səfəri zamanı Prezident Vladimir Putinə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmağı təklif etməyi planlaşdırır.
Bu barədə "Politico” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bu plan Vitkoffun Norveçdə Zelenski və Avropa rəsmiləri ilə görüşündən sonra gündəmə gəlib.
Bildirilir ki, təklifin əsas məqsədi atəşkəsə nail olmaq üçün üç ölkənin liderləri arasında birbaşa dialoqun təşkil edilməsidir. ///azərtac///



