İran ABŞ-də aralıq seçkilərdən əvvəl neftin qiymətini artırmaq üçün əlindən gələni edir.
Yenicag.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.
Trampın sözlərinə görə, Tehran administrasiyası neft qiymətlərinin yüksəlməsinə nail olmaq məqsədilə hücumlar və dəniz minaları ilə bağlı saxta məlumatlar yayır.
“Çünki hazırda Hörmüz boğazından münaqişə başlamazdan əvvəlkindən daha çox neft daşınır”, – deyə ABŞ Prezidenti bildirib./Azərtac/





