Mədəniyyət · Yeni Çağ

“Son nəfəsində dediyi söz bu oldu” - Ağakişi Kazımovun anım günüdür - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Son nəfəsində dediyi söz bu oldu” - Ağakişi Kazımovun anım günüdür - Yeni Çağ xəbəri üçün şəkil

Bu gün məşhur teatr rejissoru, xalq artisti Ağakişi Kazımovun xatirə günüdür.

Yenicag.az-a açıqlama verən həyat yoldaşı övlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Mehriban Abdullayeva sənətkarla bağlı fikirlərini bölüşüb:

“5 il keçdi… İnana bilmirəm ki, beş il keçib üstündən. Doğma adamların itkisi həqiqətən çox ağır olurmuş. Atamı, anamı itirəndə də bu acını yaşadım. İndiyənəcən də yaşayıram. Evindən əbədi ayrıldığın insanın acısını yaşamaq çox ağırdır. Üstündən 5 il keçməsinə baxmayaraq, hələ də o anları unutmuram. Sevdiyin adamın gözünün qabağında can verməsini görmək dəhşətdir. Ömrünün son vaxtlarında çox ağır xəstə idi. Buna baxmayaraq, ümid edirdim ki, hələ onun ömrünü bir neçə il uzada biləcəyəm. Təəssüf ki, bu, olmadı. Ağakişi Kazımov həyatıma bir sənət müəllimi kimi daxil oldu. Bu sənətdə o mənə çox şey öyrətdi. Gözəl pedaqoq, gözəl sənətkar idi. Sənətin sirlərini, çətinliyini, dözümlülüyü ondan öyrəndim. İndiyənədək onun tövsiyələri ilə hərəkət edirəm. Onun yeri çox görünür. Onunla yenidən işləmək, tamaşa hazırlamaq istəyi içimdə alışıb yanır. Tez-tez yuxularıma da gəlir. Səhnədə məşq edirik. O qədər real görürəm ki, ayılanda yuxu olduğuna inana bilmirəm”.

Teatrla nəfəs alan rejissorun son sözü də elə teatr olub:

“Son sözü də elə teatr oldu. Sənətinə çox vurğun, dəlicəsinə aşiq adam idi. Onunla bağlı çox vərdişlərim var idi. İndi də onları tərgidə bilmirəm. İşdən çıxan kimi evə tələsirəm, harada olsam, tez evə qaçıram. Sanki məni evdə gözləyən var. Qapını açıb içəri girən kimi ilk onun səsini eşidəcəyəm: “Gəldin, ceyran?”. Mənə belə müraciət edirdi. Onun haqqında keçmiş zaman şəkilçisində danışa bilmirəm. Hələ də hər yerdə gözüm onu axtarır. Bütün bunlara baxmayaraq, həmişə deyirəm, məkanın cənnət olsun, böyük sənətkar! Yerin çox görünür, həm sənət aləmində, həm də ailəmizdə. Həmişə ürəyimdəsən”.

Cəvahir

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑