“O insanları həyatımdan çıxardım, belə çox rahatam”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva “Qonaqcanlı” verilişində deyib.
Sənətçi ətrafını “təmizlədiyini”, yaxşılıq edib pislik gördüyü insanlardan uzaq durduğunu bildirib:
“İnsanlara qədərindən artıq dəyər vermək olmaz. Onda həmin adam səni özünün kölgəsi sayır. Həyatda travmalı insanlar var ki, onlar nə olur-olsun, içinin xislətini mütləq şəkildə büruzə verirlər.
Həmin insanlardan uzaq durmaq, onlara yaxşılıq etməkdən imtina etmək lazımdır. Çünki nə qədər çalışırsan ki, travmalı insan olduğundan onları yola verəsən, yaxşılıq edəsən, xeyri yoxdur, sonunda sənə zərbə vuracaqlar. Yəni öz aləmlərində düşünürlər ki, zərbə vurdum. Əslində, mən o insanlarla dost olmamışam, yaxşılıq etmişəm, əllərindən tutmuşam. Amma indi onlardan uzaq dururam. Telefon nömrəmi də ailə üzvlərim və yaxınlarımdan başqa heç kim bilmir. Belə çox rahatam”.
Nehru




