“Kimin yanında hansı yaranı göstərirsənsə, səni o yaradan bıçaqlamasın”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “Sevilən səhər” verilişində deyib.
Sənətçi qınadığı insanlardan danışıb:
“Mən gülə-gülə ağlamışam. Gülmüşəm, gözümdən yaşlar axıb. İnsan hər düşdüyü çətin vəziyyətdən güc alır, illər sonra elə bilirlər sən daşlaşmısan. Əslində, elə deyil. Sadəcə, bir qalxan olaraq divar hörürsən ki, məni elə belə tanısan yaxşıdır. Çünki elə bir dövrdür ki, mən zamanı, həyatı yox, insanları qınayıram. Bəzi insanları çox qınayıram. Dərdini danışırsan və ehtiyatlı olmalısan. Kimin yanında hansı yaranı göstərirsənsə, səni o yaradan bıçaqlamasın”.
Nehru





