Dünya · Yeni Çağ

Rubio: “Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər” - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rubio: “Ukrayna münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər” - Yeni Çağ xəbəri üçün şəkil

“Ukraynada münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək mümkündür. ABŞ tərəflər arasında vasitəçilik etməyə hazırdır”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, prezident Donald Tramp münaqişənin həllinə böyük diqqət yetirir və ABŞ rəsmiləri tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq yollarını axtarırlar.

Rubio qeyd edib ki, tərəflərin danışıqlar masası arxasına əyləşməsi problemin həlli üçün zəruri şərtdir. O vurğulayıb ki, münaqişəni hərbi yolla həll etmək mümkün deyil və müharibəyə yalnız diplomatik vasitələrlə son qoyula bilər.

Dövlət katibi onu da əlavə edib ki, əsas məqsəd hər iki tərəfin müəyyən güzəştlərə getdiyi və qarşılıqlı fayda əldə etdiyi yolu tapmaqdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑