Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb.
Yenicag.az-ın məlumatına görə, sənədlər oktyabrın 22-də Finlandiyanın Baş naziri Petteri Orponun Kiyevə səfəri ərəfəsində imzalanıb.
Mərasimdə Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyanın Ukraynaya yeni dəstək paketi təqdim etdiyini bildirib.
“Əməkdaşlıq üçün qarşımızda yeni imkanlar açan sazişlər var. Yeddi sənəd imzalanıb. Bugünkü razılaşmaların ümumi həcmi təxminən 300 milyon avrodur”, – deyə o qeyd edib.



