“Brent” markalı xam neftin qiyməti 5 may tarixindən bəri ilk dəfə olaraq bir barel üçün 113 dollar həddini keçib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ticarət məlumatları bu xammalın dəyərindəki kəskin artımı təsdiqləyir.
Londonda yerləşən ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı dekabr ayı üzrə xam neft fyuçerslərinin qiyməti bir barel üçün 113,07 dollara yüksəlib. Bu, son altı ayda qeydə alınan ən yüksək göstəricidir.
Bir gün əvvəl isə qiymət 111 dollar səviyyəsi ətrafında dəyişirdi.




