Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın yeni hücumunun qarşısını alacaq konkret təhlükəsizlik təminatlarına ehtiyacı olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, Kiyev üç əsas mexanizmi nəzərdən keçirir:
“NATO-ya üzvlük, alyansın 5-ci maddəsi prinsipi əsasında ABŞ-ın birbaşa təhlükəsizlik təminatları, həmçinin Avropa tərəfdaşlarının və “könüllülər koalisiyası”nın dəstəyi”.
Ukrayna lideri güclü Ukrayna ordusunun əsas rol oynamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, ordunun saxlanılması üçün əhəmiyyətli maliyyə resursları tələb olunacaq.
Zelenski qeyd edib ki, ABŞ-ın təhlükəsizlik təminatları dəqiq şəkildə sənədləşdirilməli və Konqresin dəstəyi ilə möhkəmləndirilməlidir.
Prezident formal öhdəliklərin yetərli olmadığını əsaslandırmaq üçün Budapeşt Memorandumunu nümunə göstərib.
Bizim.Media






