Dünya · Globalinfo.az

Fransada Makron dövrü sona çatır: Yeni lider kim olacaq?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada Makron dövrü sona çatır: Yeni lider kim olacaq? xəbəri üçün şəkil

Fransada davam iğtişaşlar fonunda Marin Le Penin seçicilər arasındakı sorğuda reytinqləri getdikcə artır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Qeyd olunur ki, sentyabrın bitməsindən keçən üç həftə ərzində Ukraynaya yardımın dayandırılmasını istəyən siyasətçinin reytinqi 32 faizdən 36 faizə qədər yüksəlib.

Ölkədəki etirazlara dəstək verən radikal solçuların lideri Jan-Lyuk Melenşon cüzi də (16 faizdən, 16,5 faizə yüksəlib) olsa nəticəsini yaxşılaşdırıb.

Bununla belə keçmiş baş nazir Eduard Filippin reytinqi 14 faizdən 12 faizə geriləyib. Makronun partiyasından olan Qabriel Attalanın reytindi isə beş faizə qədər enib. Bir digər namizəd Rafael Qlyuksmanın reytinqi isə 13,5 faiz təşkil edir.

Qeyd edilir ki, mövcud proqnozlara görə, Le Pen bütün mümkün rəqiblərini ikinci turda üstələyəcək.

Əliyar Xəlil, 

Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑