Dünya · Yeni Çağ

Qazaxıstan və İsrail əməkdaşlıq haqqında memorandum imzaladı - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında memorandum imzaladı - Yeni Çağ xəbəri üçün şəkil

Qazaxıstan ilə İsrail Təl-Əvivdə iki ölkənin dövlət strukturlarının və biznes nümayəndələrini bir araya gətirən “New Economy. New Opportunities” biznes forumunda əməkdaşlıq haqqında yeddi memorandum bağlayıb.

Yenicag.az “DKNews”a istinadən xəbər verir ki, müzakirələrin mərkəzində rəqəmsal texnologiyalar, süni intellekt və investisiya əməkdaşlığı yer alıb.

Qazaxıstan nümayəndə heyətinə Baş nazirin müavini – Süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev rəhbərlik edib. Forumun açılışında İsrailin Maliyyə Nazirliyinin departamentlərindən birinin rəhbəri Zeev Elkin, İsrailin Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Yael Raviya-Sadok və başqaları iştirak ediblər.

İştirakçılar energetika, su təsərrüfatı, kənd təsərrüfatı, səhiyyə və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin perspektivlərini müzakirə ediblər.

Qeyd olunub ki, əldə olunmuş razılaşmalar səhiyyə, rəqəmsallaşma, informasiya təhlükəsizliyi, su təchizatı və ticarət sahələrini əhatə edir. Mühüm birgə təşəbbüslər arasında Qazaxıstanda tibb klasterinin yaradılması, atmosfer havasından içməli suyun istehsalı imkanlarının öyrənilməsi, kibertəhlükəsizliyin inkişafı və idarəetmədə süni intellektin tətbiqi yer alır. İsrail və Qazaxıstan həmçinin investisiyalar üçün daha əlverişli şəraitin yaradılması məqsədilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayıb.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑