Dünya · Azxeber.com

Tokayev Qazaxıstana zərər vurmağa cəhd edənlərin məsuliyyətə cəlb olunacağını bildirib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tokayev Qazaxıstana zərər vurmağa cəhd edənlərin məsuliyyətə cəlb olunacağını bildirib xəbəri üçün şəkil
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəyə zərər vurmağa çalışan şəxslərin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyini bildirib.
AZXEBER.COM Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o bu barədə Temirtauda "Qarmet" şirkətinin kollektivi və həmkarlar ittifaqı üzvləri ilə görüşündə danışıb.
"Xalqın maraqları naminə islahatların uğurla davam etdirilməsi üçün bizə ölkə daxilində sülh və sabitlik lazımdır. Ölkəmizə bəla arzulayan və hərəkətləri ilə Qazaxıstana zərər vurmağa cəhd edən hər kəs "qanun və qayda" prinsipinə uyğun olaraq məsuliyyətə cəlb ediləcək", - Tokayev vurğulayıb.
Prezident həmçinin Qazaxıstanın millətlərarası və dinlərarası razılıq siyasətinə, eləcə də müxtəliflikdə birlik prinsipinə sadiqliyini bir daha təsdiqləyib:
"Ölkədə qanun və qayda hökm sürməlidir. Qazaxıstan sülhsevər ölkədir. Biz sülh və təhlükəsizliyin möhkəmləndirilməsi işinə əlimizdən gələn töhfəni vermək üçün bütün qonşu dövlətlərlə, müasir dünyada maraqlı olan bütün böyük və kiçik ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsi kursunu davam etdirəcəyik".
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑