“Rusiya Ukrayna ilə əbədi sülh bağlaya bilməz”
Bu sözləri Yenicag-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Politoloq Rusiya lideri Putinin “Ukrayna ilə sülhə imza atmaq istəyirik, Avropa ilə müharibə aparmaq istəmirik” açıqlamasını şərh edərək Putinin manipulyasiya etdiyini iddia edib:
“Rusiya əvvəldən Ukrayna ilə də müharibə aparmayacağını bildirmişdi amma şəhərlərini işğal etdi. Rusiyanın belə fikirlərinə inanmaq olmur ki, bu dəfələrlə təcrübədən keçib. Ona görə də böyük ehtimalla qarşıdakı dövrdə sülh imzalana bilər amma bu sülh əbədi sülh olmayacaq. Belə bir vəziyyətdə nəinki Ukrayna ərazi itirəcək, eləcə də Avropa üçün gələcəkdə təhdid yaradacaq və Rusiyanı qərb qarşısında gücləndirmiş olacaq. Düşünürəm ki, Ukrayna ilə sülh müvəqqəti olacaq”
Nurlan Cəfəri




