Özbəkistan İranın Səmərqənd şəhərini “fars sivilizasiyası və memarlığının bir hissəsi” kimi təqdim etməsinə etiraz edib.
Globalinfo.az xəbər verir ki, İranın Özbəkistandakı səfiri Məhəmməd Əli İskəndəri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Buna səbəb İranın Ermənistandakı səfirliyinin “X” sosial şəbəkəsində Səmərqəndi fars sivilizasiyasının bir hissəsi kimi xarakterizə edən paylaşımı olub.
Özbəkistan tərəfi bu yanaşmanı tarixi-mədəni irsin birtərəfli şərhi sayaraq paylaşımın silinməsini və belə halların təkrarlanmaması üçün tədbirlər görülməsini tələb edib.
Əliyar Xəlil

.jpg)


