ABŞ regionda vəziyyətin daha da gərginləşməsi təhlükəsi fonunda Yaxın Şərq ölkələrindən öz diplomatik nümayəndəlikləri əməkdaşlarının bir hissəsinin və onların ailə üzvlərinin çıxarılmasını təcili şəkildə təşkil edir. Bu barədə vəziyyətlə tanış olan çoxsaylı mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 23 oktyabr tarixində ABŞ-nin dövlət katibi Marko Rubioya ünvanlanmış xidməti qeyddə Amerika kəşfiyyatının İranın əhəmiyyətli dərəcədə güclənməsini qeydə aldığı bildirilir.
Qeydə əsasən, Tehranın ehtimal olunan hücumlarına hazırlıq "istər Yaxın Şərqdə, istərsə də bəzi digər ölkələrdə irəliləmiş mərhələlərə çatıb".
Mətləb




