Rusiya Prezidenti Vladimir Putin gələn ay Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin xarici işlər naziri Van İ ilə danışıqlar zamanı bildirib.
Lavrov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin müntəzəm təmasdadırlar və ikitərəfli tərəfdaşlığın bütün istiqamətlərində görülən işlərə nəzarət edirlər.
Nazirin sözlərinə görə, liderlər bu il iki dəfə – Putinin Çinə rəsmi səfəri zamanı və Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.
Lavrov Si Cinpinlə növbəti söhbəti səbirsizliklə gözlədiklərini vurğulayıb. O, həmçinin beynəlxalq vəziyyətin, xüsusilə Yaxın Şərqdəki proseslərin mürəkkəb olaraq qaldığını bildirib.
Nazir əlavə edib ki, Rusiya və Çin liderlərinin müəyyənləşdirdiyi vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparmaq üçün görüş yaxşı fürsətdir.






