Dünya · Axar.az

Ərəbistana hücumlara icazə verməyəcəyik - Zeydi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ərəbistana hücumlara icazə verməyəcəyik - Zeydi xəbəri üçün şəkil

İraq ərazisindən Səudiyyə Ərəbistanına və region dövlətlərinə qarşı hücumlar üçün istifadə edilməsinə icazə verilməyəcək.

Axar.az xəbər verir ki, bunu İraqın Baş naziri Əli Faleh əz-Zeydi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla Ər-Riyadda görüşündə deyib.

Qeyd olunur ki, tərəflər regionda baş verən hadisələri, Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində səylərin əlaqələndirilməsini müzakirə ediblər.

Zeydi Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücumları, eləcə də münaqişələr zamanı mülki şəxslərin və mülki obyektlərin hədəfə alınmasını pisləyib. O, bu cür hadisələrin regional təhlükəsizlik və sabitliyə təhdid yaratdığını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑