Dünya · Trend.az

COVID-19 insanı həzz almaq qabiliyyətindən məhrum edə bilər - yeni araşdırma

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
COVID-19 insanı həzz almaq qabiliyyətindən məhrum edə bilər - yeni araşdırma xəbəri üçün şəkil

Bakı.Trend:

COVID-19 insanı uzun müddət motivasiyadan və həzz almaq qabiliyyətindən məhrum edə bilər.

“Bloomberg” nəşrinin məlumatına görə, belə bir nəticəyə beynəlxalq alimlər qrupu gəlib.

Alimlərin bildirdiyinə görə, aparılan araşdırmalarda COVID-19 keçirən şəxslərdə dopamin sinir uclarının sıxlığının azaldığı aşkarlanıb. Bu, yaddaşa və emosiyalara təsir göstərə bilər. Ehtimal olunur ki, fəsadların xarakteri xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Bərpa üsulları isə hələ də araşdırılır.

Qeyd edək ki, COVID-19 SARS-CoV-2 virusunun törətdiyi yoluxucu xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virus barədə ilk məlumatı 2019-cu il dekabrın 31-də alıb. Xəstəlik əsasən tənəffüs yollarını zədələyir, ağciyərlərdə buzlaşmaya səbəb olur, qızdırma, öskürək, yorğunluq, boğaz ağrısı kimi simptomlarla müşayiət oluna bilər. Ağırlaşma riski yaşlı insanlarda və ürək-damar xəstəlikləri, diabet, xroniki tənəffüs yolu xəstəlikləri kimi yanaşı xəstəlikləri olan şəxslərdə daha yüksəkdir. ÜST-nin məlumatına görə, 2026-cı il sentyabrın 6-dək dünyada COVID-19-a təxminən 779,4 milyon yoluxma halı qeydə alınıb, 7,1 milyondan çox insan xəstəlikdən həyatını itirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑