ABŞ-nin keçmiş-vitse prezidenti Kamala Harris Prezident Donald Trampın "qeyri-sabit gömrük tariflərini” və bunların cəzalandırıcı xarakterini tənqid edib.
O, ABŞ-nin qlobal nüfuzunu zəiflədən qısamüddətli qazancyönümlü yanaşma və sövdələşmələrinə qarşı xəbərdarlıq edib.
"Əsas sual budur: biz yalnız qısamüddətli perspektiv haqqında düşünürük, yoxsa uzunmüddətli qazanc naminə investisiyanın əhəmiyyətini də qiymətləndiririk?”, - sabiq vitse-prezident deyib.
Kamala Harris noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkiləri ərəfəsində Demokratlar Partiyasının namizədlərinə dəstək kampaniyası aparır.
Kamala Harris Demokratların Nümayəndələr Palatasında çoxluğu qazanacağını, bu baxımdan şanslarının da olduqca yaxşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Konqresin daxili və xarici siyasət, o cümlədən İranla müharibə məsələlərində daha güclü mövqeyə malik olmasına imkan verə bilər.
2028-ci ildə yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı suala Harris belə cavab verib: "Bu barədə hələ düşünürəm, qərar verməmişəm”.
Xatırladaq ki, Kamala Harris 2024-cü ildə keçirilən prezident seçkilərində namizəd kimi iştirak edib. O, bu seçkilərdə Respublikaçılar Partiyasının namizədi, hazırkı dövlət başçısı Donald Trampa məğlub olub. ///teleqraf///


