Azərbaycan təmsilçisi “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın “Slaviya” (Praqa) klubu üzərində qazandığı 2:0 hesablı möhtəşəm qələbə beynəlxalq idman mətbuatının diqqət mərkəzinə düşüb.
KONKRET.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan tarixi matçda Kahim Parris və Coy-Lens Mikelsin vurduğu qollar dünya idman mediasında geniş əks-səda doğurub. Beynəlxalq nəşrlər 2017-ci ildə təsis olunmuş gənc klubun Çempionlar Liqasındakı bu inamlı debütünü və ilk 3 xalını Azərbaycan futbolunun növbəti böyük uğuru kimi qiymətləndiriblər.
Xarici KİV-lər, xüsusilə “beIN SPORTS” və Avropanın aparıcı idman portalları matçın gedişatını təhlil edərək Valdas Dambrauskasın yetirmələrinin taktiki intizamını və hücum xəttindəki kəsərli oyununu xüsusi vurğulayıblar.
Məqalələrdə “Sabah”ın güclü rəqib qarşısında göstərdiyi iradəli mübarizə yüksək qiymətləndirilib və bu qələbənin Azərbaycanın UEFA reytinqindəki mövqeyini də yaxşılaşdırdığı diqqətə çatdırılıb. Dunya mətbuatı Bakı klubunun bu sensasion qələbə ilə Avropa arenasındakı iddialı yürüşünü rəsmən elan etdiyini yazır


