Dünya · Azxeber.com

Gürcüstan Aİ forumuna dəvət olunmayıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gürcüstan Aİ forumuna dəvət olunmayıb xəbəri üçün şəkil
Gürcüstan hökumətinin nümayəndələri Avropa İttifaqının (Aİ) noyabrın 15-16-da Brüsseldə keçiriləcək "Daha geniş Avropa – daha güclü Avropa” forumunda təmsil olunmayacaqlar.
Bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan iştirakçıların siyahısından məlum olub.
Tədbirdə çıxışı təsdiqlənmiş şəxslərin siyahısında Aİ rəsmiləri ilə yanaşı namizəd ölkələr olan Moldova, Ukrayna, Albaniya, Çernoqoriya və Şimali Makedoniyanın liderləri də yer alıb.
Qeyri-rəsmi məlumatlara əsasən, Gürcüstan hakimiyyəti genişlənmə forumuna dəvət olumayıb.
Qeyd edək ki, Aİ-nin genişlənməsi perspektivlərinin nəzərdən keçiriləcəyi forumun təşkilatçısı birliyin genişlənmə məsələləri üzrə komissarı Marta Kosdur. O, bu yaxınlarda Gürcüstanın yalnız kağız üzərində Aİ-yə üzvlüyə namizəd ölkə olduğunu deyib.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑