Dünya · Yeni Çağ

Güclü yağış İstanbulda həyatı iflic etdi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Güclü yağış İstanbulda həyatı iflic etdi - Yeni Çağ xəbəri üçün şəkil

Türkiyənin İstanbul şəhərində yağan güclü leysan yağışı şəhər həyatına ciddi təsir göstərib. Şəhərin bir sıra ərazilərində yolları, metro stansiyalarını və yeraltı keçidləri su basıb.

Yenicag.az xəbər verir ki, yağış sularının küçə və prospektlərdə toplanması avtomobillərin hərəkətində çətinliklər yaradıb. Bir sıra avtobuslar su basmış yollarda hərəkətsiz qalıb, bəzi avtobusların salonlarına isə su dolub.

Güclü yağıntılar idman yarışlarına da təsirsiz ötüşməyib. Türkiyə 1-ci Liqasının 10-cu turu çərçivəsində keçirilən Ümraniyespor–Boluspor qarşılaşması intensiv yağış səbəbindən yarımçıq dayandırılıb.

İstanbul Valiliyinin açıqlamasına əsasən, əlverişsiz hava şəraiti ilə əlaqədar şəhərdə təhsil prosesinə birgünlük fasilə verilib. Yağıntı səbəbindən bəzi hava limanlarında, xüsusilə təyyarələrin şəhərə enişində çətinliklər meydana gəlib.

Yağışın yaratdığı fəsadlarla bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑