Dünya · Yeni Çağ

Yaponiya ABŞ-də iki zavod tikintisini maliyyələşdirəcək - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yaponiya ABŞ-də iki zavod tikintisini maliyyələşdirəcək - Yeni Çağ xəbəri üçün şəkil

Yaponiya ABŞ-nin Nyu-York ştatında yarımkeçiricilərin istehsalı üzrə iki zavodun tikintisinə 21 milyard dollar ayıracaq.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib.

Trampın sözlərinə görə, ABŞ-də yerləşən “GlobalFoundries” şirkəti və ABŞ Ticarət Nazirliyi Nyu-York ştatının Malta şəhərində yarımkeçiricilərin istehsalı üzrə iki nəhəng zavodun tikintisinə 21 milyard dollar həcmində investisiya yatırılacağını elan edib.

“Verdiyim göstərişə əsasən, 21 milyard dollar həcmində investisiya kapitalını Yaponiya təmin edəcək”, – deyə ABŞ lideri bildirib.

O əlavə edib ki, ABŞ Ticarət Nazirliyi “GlobalFoundries” şirkətinə 955 milyon dollar həcmində investisiya yatırılması ilə bağlı da razılaşmalar əldə edib.

Tramp əlavə edib ki, mövcud razılaşma çərçivəsində “amerikalı vergiödəyiciləri ‘GlobalFoundries” şirkətində pay əldə edəcəklər”.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑