Dünya · Editor.az

ABŞ Venesuela parlamentinin sədrini sanksiyalar siyahısından çıxarıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ Venesuela parlamentinin sədrini sanksiyalar siyahısından çıxarıb xəbəri üçün şəkil

ABŞ Maliyyə Nazirliyi Venesuela Milli Assambleyasının sədri Xorxe Rodrigesi sanksiyalar siyahısından çıxarıb.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatlarında qeyd olunub.

OFAC-ın açıqlamasında Xorxe Xesus Rodriges Qomesin sanksiyalar siyahısından çıxarıldığı bildirilib.

Rodrigesə qarşı sanksiyalar 2018-ci ilin sentyabrında, Donald Trampın ABŞ prezidenti kimi ilk səlahiyyət müddətində tətbiq edilmişdi. Həmin vaxt Vaşinqton onu və Venesuela rəhbərliyinin digər nümayəndələrini ölkə prezidenti Nikolas Maduronun siyasi hakimiyyətinin möhkəmləndirilməsinə yardım göstərməkdə ittiham edirdi.

Bu qərar ABŞ-ın Venesuelaya qarşı məhdudiyyətləri yumşaltması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir. Belə ki, 2026-cı ilin aprelində Vaşinqton Rodrigesin bacısı, Venesuelanın səlahiyyətlərini icra edən prezidenti Delsi Rodrigesə qarşı sanksiyaları da ləğv etmişdi.

Qeyd edək ki, 2026-cı il yanvarın 3-də ABŞ Venesuelaya hərbi zərbə endirib. Vaşinqton sonradan əməliyyatı uğurlu adlandırıb. Əməliyyat zamanı ABŞ hərbçiləri ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşını saxlayaraq ABŞ-yə aparıblar. Maduro ABŞ-də narkoterrorizm və silah saxlama ittihamları üzrə məhkəmə qarşısına çıxarılıb. O, irəli sürülən ittihamları qəbul etməyib.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑