Dünya · Yeni Çağ

Niderland Ukraynaya “Patriot” raketlərinin çatdırılmasını sürətləndirir - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Niderland Ukraynaya “Patriot” raketlərinin çatdırılmasını sürətləndirir - Yeni Çağ xəbəri üçün şəkil

Niderland tərəfdaşları ilə birlikdə Ukraynaya “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün raketlərin çatdırılmasını sürətləndirmək imkanlarını araşdırır.

Yenicag.az-ın məlumatına görə, bu barədə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius “X” sosial şəbəkəsində xəbər verib.

Onun sözlərinə görə, ABŞ-nin Ukraynaya raket satmaq qərarı Kiyevin hava hücumundan müdafiə vasitələri əldə etməsi istiqamətində növbəti addım olub və indi Amsterdam ilə Kiyevin digər tərəfdaşları tədarükü sürətləndirmək yollarını axtaracaqlar.

“Bu, Avropa vəsaitləri və avropalı müttəfiqlər tərəfindən maliyyələşdirilən, Ukrayna üçün “Patriot” komplekslərinin raketlərindən ibarət böyük tədarük paketinin təsdiqlənməsinə doğru atılmış daha bir addımdır. Müdafiə Nazirliyi tərəfdaşlarla birlikdə çatdırılmanı sürətləndirmək imkanları üzərində işləyir”, – paylaşımda bildirilir.

ABŞ Dövlət Departamenti oktyabrın 30-da Ukraynaya 2,1 milyard dollar dəyərində 500 ədəd “Patriot PAC-3” ZRK raketinin satışını təsdiqləyib. Bununla belə, tədarük tam olaraq Kanada, Almaniya, Norveç və Aİ-nin krediti hesabına maliyyələşdiriləcək.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑