Dünya · Yeni Çağ

Məkkə yaxınlığında PUA vuruldu - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məkkə yaxınlığında PUA vuruldu - Yeni Çağ xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə qüvvələri Məkkə şəhəri yaxınlığında pilotsuz uçuş aparatını (PUA) vurub.

Yenicag.az xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki “X” sosial şəbəkəsində məlumat verib.

“Hava hücumundan müdafiə qüvvələri Məkkə yaxınlığında bir PUA-nı ələ keçirib”, – o yazıb.

Digər tərəfdən, Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının sözçüsü Yəhya Səri “X” platformasında bildirib ki, husilər Səudiyyə Ərəbistanı ərazisinə heç bir zərbə endirməyiblər. O, koalisiyanın bu iddiasını rədd edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑