Dünya · News24.az

Zaporojyedə məktəb faciəsi: Qurbanların sayı 40-a yüksəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zaporojyedə məktəb faciəsi: Qurbanların sayı 40-a yüksəldi xəbəri üçün şəkil

Rusiyanın Ukraynanın Zaporojye vilayətinin Komışuvaхa qəsəbəsində məktəb binasına endirdiyi aviazərbə nəticəsində ölənlərin sayı 40-a çatıb, 30-dan çox insanın dağıntılar altında qala biləcəyi ehtimal olunur.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində bildirib.

“Hazırda 40 nəfərin həlak olduğu məlumdur. Təəssüf ki, bəzi meyitləri hələlik identifikasiya etmək mümkün olmayıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. 30-dan çox insan hələ də dağıntılar altında qala bilər”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri qəsəbəyə doqquz aviasiya bombası atıblar. İlk zərbələr humanitar yardım almaq üçün məktəbə gələn insanlara, daha sonra isə hadisə yerinə köməyə gələn xilasedicilərə və polis əməkdaşlarına endirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑