İordaniya kralı II Abdullah ibn əl-Hüseyn noyabrın 5-6-da Qazaxıstana rəsmi səfər edəcək.
Yenicag.az xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov açıqlayıb.
Onun sözlərinə görə, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək. Yüksək səviyyəli danışıqlar zamanı tərəflər ticari-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Bundan başqa, noyabrın 5-7-də Tacikistan Prezidenti Emoməli Rəhmon Qazaxıstana rəsmi səfər edəcək. İki ölkənin liderləri strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi məsələlərini nəzərdən keçirəcəklər.
Həmçinin noyabrın 6-da Astanada bir sıra dövlət başçılarının iştirakı ilə Akaba prosesinin sammiti keçiriləcək.

