Dünya · Yeni Çağ

Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasını vurdular - Yeni Çağ xəbəri üçün şəkil

Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatını təmsil edən husilər Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yerləşən Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endirdiklərini bildiriblər.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu iddia ilə qruplaşmanın hərbi nümayəndəsi Yəhya Sariya çıxış edib.

“Yəmən silahlı qüvvələri son 48 saat ərzində pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə dörd dəqiq hərbi əməliyyat həyata keçiriblər. Bunlardan birincisi Səudiyyə Ərəbistanının paytaxtındakı Müdafiə Nazirliyinin binasına qarşı yönəldilmişdi”, – deyə Sariya, özünün “Telegram” kanalında qeyd edib.

Bundan əlavə, husilərin ölkənin qərbindəki Yanbu şəhərində yerləşən “Saudi Aramco” Səudiyyə neft şirkətinin infrastrukturuna da hücum etdiyi qeyd olunur./Oxu/

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑