Dünya · Konkret.az

Kanadanın Baş naziri Ankaraya getdi - Video | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kanadanın Baş naziri Ankaraya getdi - Video | KONKRET xəbəri üçün şəkil

Kanadanın Baş naziri Mark Karni Ankaraya rəsmi səfər edib.

KONKRET.az xəbər verir ki, o bu barədə “X” hesabında Ankaraya eniş kadrlarını paylaşaraq məlumat verib.

Bu səfərin Kanada Baş naziri səviyyəsində Türkiyəyə edilən ilk ikitərəfli səfər olduğunu vurğulayan Karni “Əməkdaşlığımızı bir üst səviyyəyə qaldırmaq üçün buradayıq” sözlərini qeyd edib.

Kanada hökumətinin rəhbəri 85 milyondan çox əhalisi olan Türkiyə bazarına çıxışı genişləndirmək, hər iki ölkənin çalışanları və biznes dairələri üçün yeni iqtisadi imkanlar yaratmaq istədiklərini bildirib.

Səfər çərçivəsində Kanada Baş naziri Mark Karninin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi, ardınca isə birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulur. Karninin daha sonra İstanbula gedəcəyi gözlənilir.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑