Dünya · Azxeber.com

Almaniyada Ukrayna vətəndaşı Rusiyaya casusluq ittihamı ilə həbs edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniyada Ukrayna vətəndaşı Rusiyaya casusluq ittihamı ilə həbs edilib xəbəri üçün şəkil
Almaniyanın Brandenburq şəhərində bir nəfər Rusiyanın xeyrinə casusluq şübhəsi ilə həbs edilib.
Bununla bağlı "Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxsin Ukrayna vətəndaşı Vadim Y. olduğu, zirehli maşınlar, sursat və partlayıcıların istehsalı ilə əlaqədar informasiya topladığı bildirilir.
Yerli prokurorluq təqsirləndirilən şəxsin əldə etdiyi informasiyanın bir qisminin ictimaiyyətə açıq olduğunu, bir qisminin isə Avropa silah sənayesində çalışan insanlardan əldə edildiyini qeyd edib.
Həmin şəxsin 2025-ci ilin iyulundan bəri Rusiya kəşfiyyatı ilə vasitəçi yolu ilə əlaqə saxladığı vurğulanıb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑