Dünya · Günün Səsi

Çində güclü zəlzələ oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çində güclü zəlzələ oldu xəbəri üçün şəkil

Çinin cənub-qərbindəki Tibet Muxtar Rayonunda 6,7 bal gücündə zəlzələ olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi açıqlama yayıb. Yeraltı təkan yerli vaxtla saat 22:33-də (Bakı vaxtı ilə 18:33) Naqçu şəhərinin tabeliyindəki Baçin rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Çin Seymologiya Mərkəzinin məlumatına görə, zəlzələ episentrinin 200 kilometr radiusunda son 5 ildə 3 baldan yuxarı 54 zəlzələ qeydə alınıb.

Qeyd edək ki, Tibet seysmik baxımdan aktiv və yüksək zəlzələ təhlükəsi olan bölgələrdən biridir. Bunun əsas səbəbi Hindistan tektonik plitəsinin şimala doğru hərəkət edərək Avrasiya plitəsi ilə toqquşmasıdır. Sonuncu çoxsaylı insan tələfəatı ilə nəticələnən zəlzələ ötən ilin yanvarında qeydə alınıb. Şiqatse şəhəri ərazisində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində təxminən min ev dağılıb, 126 nəfər ölüb, 188 nəfər xəsarət alıb.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑