Dünya · Yeni Çağ

Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verdi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verdi - Yeni Çağ xəbəri üçün şəkil

Hörmüz boğazında İranın elan etdiyi qaydaları pozan və Tehranın icazə vermədiyi marşrutla hərəkət edən neft tankerində yanğın baş verib.

Yenicag.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH bəyan edib ki, neft tankeri izləmə sistemlərini söndürərək Hörmüz boğazının şərq hüdudlarındakı qadağan olunmuş ərazidən keçməyə cəhd edirdi.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑